Qaradəniz üzərində Rusiya tərəfindən vurulan PUA-nın görüntüləri ortaya çıxdı – VİDEO

15:44 - 16 Mart 2023

Qaradəniz üzərində Rusiya tərəfindən vurulan PUA-nın görüntüləri ortaya çıxdı – VİDEO

ABŞ Qaradənizdə qəzaya uğrayan PUA-nın Rusiya döyüş təyyarəsi tərəfindən vurulduğu anların görüntülərini yayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, EUCOM-un bəyanatında deyilir:

“Rusiyanın iki Su-27 təyyarəsi 14 mart 2023-cü il tarixində Qara dəniz üzərində beynəlxalq hava məkanında fəaliyyət göstərən ABŞ Hərbi Hava Qüvvələrinin müşahidə və kəşfiyyat xarakterli pilotsuz MQ-9 təyyarəsini təhlükəli və həvəskar şəkildə əngəlləyib. O, MQ-9-un pərvanəsinə dəyib, ABŞ qüvvələrinə məxsus MQ-9-un beynəlxalq sularda qəzaya uğramasına səbəb olub. Videoda Rusiya təyyarəsinin PUA-ya çox yaxın uçduğu görünür”.

Daha sonra PUA-nın kamera qeydi kəsilib.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin