50 minə yaxın müəllim etiraz aksiyası keçirir - VİDEO

15:33 - 16 Mart 2023

50 minə yaxın müəllim etiraz aksiyası keçirir - VİDEO

Yeni Zelandiyada həmkarlar ittifaqı ilə Təhsil Nazirliyi arasında danışıqların dalana dirənməsindən sonra on minlərlə müəllim etiraz aksiyası keçirir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İbtidai Təhsildən Sonra Müəllimlər Assosiasiyası (PPTA) və Yeni Zelandiya Təhsil İnstitutu Te Riu Roa (NZEI) adlı həmkarlar ittifaqının üzvləri olan 50 minə yaxın müəllim cümə axşamı paytaxt Vellinqton və Oklenddə nümayişlər keçirib.

Etirazçılar inflyasiya şəraitində müəllimlərin maaşlarının dəyərsizləşdiyini bildiriblər.

Onlar əllərində "Yaxşı pankart hazırlamağa pulum yoxdur" və "Stomatoloqa getməyə pulum yoxdur" yazıları ilə küçələrə çıxdıqları üçün uşaq bağçaları, ibtidai məktəblər və liseylərdə təhsil dayandırılıb.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin