FİFA prezidentinin kim olacağı bəlli oldu - FOTO

13:49 - 16 Mart 2023

FİFA prezidentinin kim olacağı bəlli oldu - FOTO

Ruandanın paytaxtı Kiqalidə keçirilən FİFA-nın 73-cü Konqresində prezident seçkiləri keçirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Canni İnfantino yenidən FİFA-nın prezidenti seçilib.

Seçkilərə yeganə namizəd kimi daxil olan 52 yaşlı İnfantino 2027-ci ilə qədər kürsüdə oturacaq.

Seçkidən sonra qısa təşəkkür nitqində İnfantino, "FIFA prezidenti olmaq inanılmaz şərəf, imtiyaz və məsuliyyətdir. Sizin dəstəyiniz məni şərəfləndirdi və təsirləndirdi. Bilirəm ki, məni sevənlər nifrət edənlərdən daha çoxdur. Mən hamınızı sevirəm"  - deyib.

Manşet.az



Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin