Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Liviyada 2,5 ton təbii uran olan 10 barelin itdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıqlamada bildirilib ki, MAQATE müfəttişləri martın 14-də səlahiyyətlilərin əvvəllər müəyyən yerdə saxlandığını bildirdikləri, tərkibində 2,5 ton təbii uran olan 10 barelin göstərilən yerdə tapılmadığını müəyyən ediblər.
Bəyanatda qeyd olunub ki, MAQATE uranın qeyd olunan yerdən çıxarılması və mövcud vəziyyətini aydınlaşdırmaq üçün hərəkətə keçib.
Sözügedən vəziyyətin dərhal həll edilməsi və təhqiqat başlanması lazım olduğu vurğulanıb:
"Nüvə materialının hazırkı yeri haqqında məlumatın itirilməsi radioloji risk, eləcə də nüvə təhlükəsizliyi ilə bağlı narahatlıq yarada bilər”.
Manşet.az