Ağdamda 2 nəfər minaya düşərək ÖLDÜ

13:07 - 16 Mart 2023

Ağdamda 2 nəfər minaya düşərək ÖLDÜ

Ağdamda iki nəfər minaya düşərək həlak olub.

 

DİN-in Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, hadisə rayonun Yusifcanlı kəndində baş verib. Məlumata görə, ərazidə heyvan otaran kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Partlayış zamanı ölənlər 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğludur.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin