Şimali Koreya uzaqmənzilli ballistik raket buraxdı

12:32 - 16 Mart 2023

Şimali Koreya uzaqmənzilli ballistik raket buraxdı

Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində uzaqmənzilli ballistik raketi sınaqdan keçirdiyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Koreya Baş Qərargahı uzun mənzilli ballistik raketin yerli vaxtla saat 07:10-da paytaxt Pxenyan yaxınlığındakı Sunan bölgəsindən buraxıldığını açıqlayıb.

Yaponiya Müdafiə Nazirliyi havada 1000 kilometr məsafə qət edən raketin 6 min kilometr yüksəkliyə çatdığını və yerli vaxtla saat 08:20-də Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü təsdiqləyib.

Raketin şimaldakı Hokkaydonun qərb sahilindəki Oşima-Oşima adasından 200 kilometr qərbə düşdüyü və sözügedən ərazidə davam edən elementlərə heç bir zərərin olmadığı bildirilib.

Cənubi Koreya prezidenti Yoon Suk-yeol Milli Təhlükəsizlik Şurasının iclasından sonra verdiyi açıqlamada "Pxenyan administrasiyası ehtiyatsız təxribatlarının bədəlini ödəyəcək" – deyib.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin