Türkiyədə zəlzələ bölgəsinə gələn sel can almaqda davam edir - FOTO

11:20 - 16 Mart 2023

Türkiyədə zəlzələ bölgəsinə gələn sel can almaqda davam edir - FOTO

Türkiyədə zəlzələ bölgəsində yaşanan sel fəlkəti can almağa davam edir.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Adıyamanın Tut rayonunda bağçaya qurulan konteyner sel sularına qərq olub.

Nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfərin axtarış-xilasetmə işləri isə davam edir.

Şəhərdə araşdırmalar aparan daxili işlər naziri Süleyman Soylu sel fəlakətində həyatını itirənlər arasında 1,5 yaşlı uşağın da olduğunu bildirib:

“Hazırda 163 nəfərdən ibarət 10 qrup 25 kilometrlik zolaqda axtarış-xilasetmə işləri aparır, dalğıclar da var. Amma hava şəraiti və mövcud vəziyyət axtarışlara çox imkan vermir”.

Nazir, baş verən daşqınlar nəticəsində Şanlıurfada 12, Adıyamanda 2 nəfərin həyatını itirdiyini, ümumilikdə isə 5 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.

 

 


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin