ABŞ TikToku hədələdi

11:12 - 16 Mart 2023

ABŞ TikToku hədələdi

ABŞ hökuməti Çinin video paylaşma tətbiqi olan  TikTok-un satılmayacağı təqdirdə ölkədə mümkün qadağa ilə üzləşəcəyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çinin “Bytedance” şirkətinə məxsus proqram milyonlarla insana məxsus məlumatlara çıxışı sayəsində milli təhlükəsizliyə təhlükə yaratmaqda ittiham olunur.

ABŞ tətbiqin əl dəyişdirməsi lazım olduğunu, əks halda ölkədə qadağa ilə üzləşə biləcəyini açıqlayıb.

TikTok sözçüsü, xəbərin şişirdildiyini və praktikada “satılmanın” nə demək olduğunun aydın olmadığını bildirib.

O, "Məqsəd milli təhlükəsizliyi qorumaqdırsa, əldən çıxarmaq problemi həll etmir. Mülkiyyətin dəyişməsi məlumat axınına və ya girişə hər hansı yeni məhdudiyyət qoymur", - ifadələrdən istifadə edib.

Manşet.az


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin