Zelenski 3 vilayətin qubernatorunu vəzifəsindən azad etdi

10:05 - 16 Mart 2023

Zelenski 3 vilayətin qubernatorunu vəzifəsindən azad etdi

Ukrayna prezidenti Vladimir Zelenski Xmelnitski, Odessa və Luqansk vilayətinin qubernatorlarını istefaya göndərib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Prezidentliyinin saytında Zelenskinin sözügedən regionun qubernatorlarının vəzifədən azad edilməsi ilə bağlı imzaladığı fərmanlar dərc edilib.

Sərəncama əsasən, Xmelnitski qubernatoru Sergey Qamaliy, Odessa qubernatoru Maksim Marçenko və Luqansk qubernatoru Sergey Qayday tutduqları vəzifələrdən azad ediliblər.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin