Ukrayna prezidenti Vladimir Zelenski Xmelnitski, Odessa və Luqansk vilayətinin qubernatorlarını istefaya göndərib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Prezidentliyinin saytında Zelenskinin sözügedən regionun qubernatorlarının vəzifədən azad edilməsi ilə bağlı imzaladığı fərmanlar dərc edilib.
Sərəncama əsasən, Xmelnitski qubernatoru Sergey Qamaliy, Odessa qubernatoru Maksim Marçenko və Luqansk qubernatoru Sergey Qayday tutduqları vəzifələrdən azad ediliblər.
Manşet.az