Unanyanın yeni vəzifəsi məlum oldu

10:01 - 16 Mart 2023

Unanyanın yeni vəzifəsi məlum oldu

“Bir neçə gün əvvəl istefa verən Ermənistan XİN-in mətbuat katibi Vahan Unanyan tezliklə yeni vəzifəyə təyin olunacaq”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Məlumata görə, Unanyan ölkənin Polşaya səfiri olaraq göndəriləcək.

Ermənistanın Polşadakı səfiri Samvel Mkrtçyanın 4 illik səlahiyyət müddəti ötən il başa çatıb. Qanuna əsasən, o, hələ geri çağırılmadığından vəzifəsini icra etməyə davam edir. 

Ermənistan XİN isə öz növbəsində Unanyanla bağlı yayılan məlumatları nə təsdiq, nə də təkzib edib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin