“Fənərbaxça” “Sevilya”ya qarşı

09:54 - 16 Mart 2023

“Fənərbaxça” “Sevilya”ya qarşı

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.

 

Manset.az xəbər verir ki, baş tutacaq matçlardan sonra 1/4 finalda yoluna davam edəcək 8 komanda müəyyənləşəcək.

Türkiyənin yeganə təmsilçisi “Fənərbaxça” İspaniyada iki cavabsız qolla məğlub olduğu “Sevilya”dan bunun revanşını almağa çalışacaq.

Turnirin favoritlərindən sayılan İngiltərə təmsilçiləri “Mançester Yunayted” səfər, “Arsenal” isə ev oyununa çıxacaq. İtaliya klubları “Yuventus” və “Roma” səfərdə mərhələ adlamağa çalışacaqlar.

Avropa Liqası
1/8 finalın cavab oyunları
16 mart

21:45. “Betis” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
İlk oyun – 1:4

21:45. “Fənərbaxça” (Türkiyə) – “Sevilya” (İspaniya)
İlk oyun – 0:2

21:45. “Feyenord” (Niderland) – “Şaxtyor” (Donetsk ,Ukrayna)
İlk oyun – 1:1

21:45. “Frayburq” (Almaniya) – “Yuventus” (İtaliya)
İlk oyun – 0:1

00:00. “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya)
İlk oyun – 2:2

00:00. “Ferentsvaroş” (Macarıstan) – “Bayer” (Almaniya)
İlk oyun – 0:2

00:00. “Real Sosyedad” (İspaniya) – “Roma” (İtaliya)
İlk oyun – 0:2

00:00. “Yunion” (Belçika) – “Union Berlin” (Almaniya)
İlk oyun – 3:3


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin