Ərdoğan Finlandiya ilə bağlı qərarını bu tarixdə AÇIQLAYACAQ

22:41 - 15 Mart 2023

Ərdoğan Finlandiya ilə bağlı qərarını bu tarixdə AÇIQLAYACAQ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 17-də Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Ankaranın mövqeyi barədə məlumat verəcək. 

 

Manset.az xəbər verir ki, bu barədə Finlandiya prezidenti Sauli Niinistö bildirib.

Onun sözlərinə görə, Türkiyə Finlandiyanın Alyansa üzvlüyünü təsdiqləməyə hazırdır.

Qeyd edək ki, martın 17-də Finlandiya prezidenti İstanbulda Türkiyə prezidenti ilə görüşəcək.  Niinistö deyib ki, Türkiyə Finlandiyanın NATO üzvlüyünü ratifikasiya etməyə hazırlaşır. Məlumata əsasən, Türkiyə rəsmiləri Ankaranın qərarını elan etmək üçün Finlandiya Prezidentinin İstanbulda olmasını tələb edib.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin