“Beşiktaş”ın danışıq apardığı Azərbaycan klubu bəlli oldu

20:15 - 15 Mart 2023

“Beşiktaş”ın danışıq apardığı Azərbaycan klubu bəlli oldu

Türkiyənin “Beşiktaş” komandası Bakıda “Sabah”la yoldaşlıq oyunu keçirə bilər.

 

Manset.az xəbər verir ki, İstanbul təmsilçisi Azərbaycanda məhz bu klubla danışıqlar aparır.

Komandanın baş məşqçisi Şenol Güneş yerli mətbuata açıqlamasında iki klub arasında danışıqların davam etdiyini bildirib:

“Millinin oyunlarına görə yaranacaq fasilədə yoldaşlıq matçları keçirmək istəyirik. Bu boşluqda “Ümraniyəspor” ilə bazar günü yoxlama oyunu keçirəcəyik. Daha öncə Azərbaycan komandası ilə danışırdıq. Tarixi tam dəqiqləşməyib. Biz 21-24 mart aralığında olmasını istədik. Onlar ayın 25-də keçirilməsini istədilər. Dəqiq bir şey yoxdur”.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin