Xankəndi-Laçın yolunda sülhməramlıların 82 avtomobili maneəsiz keçib

19:57 - 15 Mart 2023

Xankəndi-Laçın yolunda sülhməramlıların 82 avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 11 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

 

Manset.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 82-yə çatıb.  

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin