Kadırov sağalmaz xəstəliyə tutulub? - Özü açıqladı

18:10 - 15 Mart 2023

Kadırov sağalmaz xəstəliyə tutulub? - Özü açıqladı

Çeçenistan Respublikasının lideri Ramzan Kadırov ağır xəstəliyə tutulması ilə bağlı iddialara münasibət bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə Ramzan Kadırov “Telegram” kanalında yazıb.

O, tamamilə sağlam və gümrah olduğunu bildirib.

Qeyd edək ki, Çeçenistan lideri Ramzan Kadırovun səhhətində ciddi problemlərin yarandığı bildirilir. Kadırov son videolarında kökəlmiş, şişkin görünür və bəzən gözlərini aça bilmir.

Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var. Məlumata görə, çeçen lider rusiyalı həkimlərə etibar etməyib və Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana xüsusi həkim gətirib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin