Polşanın ədliyyə naziri belində silahla görüntüləndi - Açıqlama verdi (FOTO)

18:05 - 15 Mart 2023

Polşanın ədliyyə naziri  belində silahla görüntüləndi - Açıqlama verdi (FOTO)

Polşanın ədliyyə naziri Zbiqnev Ziobro mədən qəzasında həyatını itirənlər üçün təşkil edilən mərasimdə belində silahla görüntülənib.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Polşanın ədliyyə naziri Zbiqnev Ziobro Roqovitsdəki Belçatov mədənində baş vermiş qəzada həyatını itirənlər üçün təşkil edilən mərasimdə iştirak edib. Ziobro ölənlərin xatirəsinə ucaldılmış abidəyə əklil qoyarkən pencəyini külək qaldırıb və belində silah olduğu görülüb. Sosial mediada yayılan görüntülərdən sonra açıqlama verən nazir Ziobro, "Bir neçə ildir ki, idman və əyləncə məqsədi ilə atış poliqonunda çəkilişlər edirəm. Buna görə də həftəsonundan sonra Varşavaya dönərkən silah yanımda idi. Əsasnaməyə görə, mən silahı maşında qoya bilməzdim”, deyə bildirib.

Jalə

Manşet.az



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin