Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə ABŞ arasında münasibətlərin pis vəziyyətdə olduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qara dənizdə ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentə toxunan Peskov, Rusiya Müdafiə Nazirliyinin hadisə ilə bağlı lazımi açıqlama verdiyinə və bu problem barədə Rusiya prezidenti Vladimir Putinə məlumat verildiyinə diqqət çəkib.
Rusiya ilə ABŞ arasında məsələ ilə bağlı ən yüksək səviyyədə təmas olmadığını vurğulayan Peskov, "Münasibətlərimiz ən aşağı səviyyədə, çox pis vəziyyətdədir. Təbii ki, hər iki ölkə öz maraqlarını müdafiə edəcək. Lakin Rusiya konstruktiv dialoqdan imtina etməyib və indi də rədd etmir”, - deyə o bildirib.
Manşet.az