Yunanıstanda mətbuat işçiləri tətilə başladılar

17:29 - 15 Mart 2023

Yunanıstanda mətbuat işçiləri tətilə başladılar

Yunanıstanda mətbuat nümayəndələri fevralın 28-də ölkədə baş vermiş və 57 nəfərin ölümü ilə nəticələnən qatar qəzasına görə məsuliyyət daşıyanların tapılması tələbi ilə tətilə başlayıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mətbuat nümayəndələrinin qəbul etdiyi tətil qərarı çərçivəsində xəbər bülletenləri dərc olunmayıb və qəzet işçiləri bir günlük iş yerlərini tərk ediblər.

Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyası (ADEDY) da  qatar qəzasına görə məsuliyyət daşıyanların tapılmasını tələb edərək paytaxt Afinada 24 saatlıq tətil və aksiya keçirməyə qərar verib.

Bu tətil qərarını dəstəkləyən mətbuat mənsubları tətil və sabah keçiriləcək aksiya ilə bağlı məlumat vermək üçün işləmək istədiklərinə görə bu gün tətilə qoşulublar.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin