<

Paris zibil şəhərinə çevrildi – Hökumət bu yola əl atdı

16:00 - 15 Mart 2023

Paris zibil şəhərinə çevrildi – Hökumət bu yola əl atdı

Romantika ilə seçilən Paris Fransada təmizlik işçilərinin tətili səbəbindən zibil şəhərinə çevrilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, paytaxt küçələrində gözləyən minlərlə ton zibil səbəbindən siçovul və tarakanlarla bağlı xəbərdarlıqlar edilib. Digər tərəfdən Fransanın daxili işlər naziri Gerald Darmanin Paris bələdiyyəsindən şəhərdəki zibil qalaqları səbəbiylə tətil edən təmizlik işçilərini işləməyə məcbur etməyi tapşırıb.

İctimai sağlamlıq riski və reaksiyalar səbəbiylə bu tədbirə əl atmaq məcburiyyətində qalan Darmanin, ən çox zibilin olduğu bölgələrdən biri olan Parisin 7-ci Bölgəsinin Bələdiyyə Başçısı Raçida Datiyə də bildiriş göndərib. O, xəbərdarlıq edib ki, hər hansı müdaxilə olmasa, nazirlik işə qarışacaq.

Manşet.az


Xəbər xətti

22 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin