Britaniya və Almaniya təyyarələri Rusiya təyyarəsinə müdaxilə etdi

15:03 - 15 Mart 2023

Britaniya və Almaniya təyyarələri Rusiya təyyarəsinə müdaxilə etdi

ABŞ və Rusiya arasında Qara dənizdə yaranan gərginlikdən sonra Estoniya hava məkanı yaxınlığında da oxşar vəziyyət yaranıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Britaniya Kral Hərbi Hava Qüvvələri (RAF) və Almaniya döyüş təyyarələri bu tipli ilk birgə əməliyyatda Rusiya təyyarəsinin qarşısını alıb.

Çərşənbə axşamı iki “Eurofighter Typhoon” təyyarəsi Peterburq və Kalininqrad arasında uçan “İlyushin İl-78” yanacaqdoldurma təyyarəsinin qarşısını almaq üçün hərəkətə keçib.

Təyyarə Estoniyada hava hərəkətini idarə edənlərlə əlaqə saxlaya bilməyib.

Qeyd olunub ki, profilaktika hərəkəti rutin xarakter daşıyır, lakin ilk dəfədir ki, bu cür əməliyyat iki ölkə tərəfindən birgə həyata keçirilir.

Təchizat təyyarəsini müşayiət etdikdən sonra iki reaktiv təyyarə Estoniya hava məkanı yaxınlığından keçən An-148-i əngəlləmək üçün yönləndirilib.

Britaniya və Almaniya Hərbi Hava Qüvvələri hazırda regionda planlaşdırılmış birgə NATO patrulları həyata keçirir.

Missiyanın bir hissəsi olaraq Estoniyadakı Amari aviabazasında dörd Tayfun reaktiv təyyarəsi yerləşdirilib.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin