Tələbə qız özünü xəstəxananın 3-cü mərtəbəsindən atdı - Bakıda

14:46 - 15 Mart 2023

Tələbə qız özünü xəstəxananın 3-cü mərtəbəsindən atdı - Bakıda

Bu gün Nəsimi rayonu ərazisində yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzində intihar hadisəsi qeydə alınıb. 

 

Manset.az-ın məlumatına görə, orada müalicə olunan 2003-ci il təvəllüdlü Gülşən Abbaslı özünü 3-cü mərtəbənin pəncərəsindən atıb. Ağır xəsarət alan qız Kliniki Tibbi Mərkəzə aparılsa da, vəfat edib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə, G.Abbaslı onkoloji xəstəlikdən əziyyət çəkib və kəskin leykoz xəstəsi imiş. O, Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alırmış.

G. Abbaslı Bakıda fəaliyyət göstərən universitetlərdən birinin tələbəsi olub.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı zəruri araşdırmalar həyata keçirilir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin