“Qarabağ” – “Qalatasaray” oyununa biletlər sabahdan satılacaq - QİYMƏTLƏR

13:13 - 15 Mart 2023

“Qarabağ” – “Qalatasaray” oyununa biletlər sabahdan satılacaq - QİYMƏTLƏR

“Qarabağ” – “Qalatasaray” oyununun biletləri sabah satışa çıxarılacaq.

 

Manset.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Məlumata görə, “Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək yoldaşlıq görüşünün biletlərinin satışı sabah saat 11:00-dan başlayacaq.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Satış məntəqələri:

▪Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

▪Iticket.az-ın satış məntəqələri;

▪“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.

▪Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin