Rusiya Qaradənizə düşən ABŞ PUA-sı ilə bağlı açıqlama verdi

11:17 - 15 Mart 2023

Rusiya Qaradənizə düşən ABŞ PUA-sı ilə bağlı açıqlama verdi

Rusiya ABŞ pilotsuz təyyarəsinin vurulmasını təkzib edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyi, ABŞ PUA-sının kəskin manevrlər nəticəsində hündürlüyünü itirməsi nəticəsində nəzarətsiz uçuş edərək suya düşdüyünü deyib.

Nazirlikdən verilən açıqlamada, PUA-nın Rusiyanın Ukraynadakı hərbi əməliyyat bölgəsi və Krım sahillərinə doğru irəlilədiyini ifadə edilib:

"PUA-nın uçuşu xüsusi hərbi əməliyyatlar üçün yaradılmış hava məkanından istifadə üçün müvəqqəti rejim ərazisinin sərhədlərini pozaraq və ötürücülər bağlı vəziyyətdə həyata keçirilib. Təcavüzkarın şəxsiyyətini müəyyən etmək üçün növbətçi hava hücumundan müdafiə qüvvələrinə məxsus təyyarələr havaya qalxıb. Edilən kəskin manevr nəticəsində MQ-9 pilotsuz uçuş aparatı hündürlüyünü itirərək nəzarətsiz uçuşa qalxaraq suya düşüb. Rusiya qırıcıları hava-desant silahlarından istifadə etməyib, ABŞ pilotsuz təyyarəsi ilə əlaqə saxlamayıb, hava məkanına sağ-salamat qayıdıb”.

Manşet.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin