Kadırovdan Şeyx Şamil haqqında ŞOK SÖZLƏR

10:44 - 15 Mart 2023

Kadırovdan Şeyx Şamil haqqında ŞOK SÖZLƏR

Çeçenistan prezidenti Ramazan Kadırov Şimali Qafqaz xalqlarının siyasi və dini lideri Şeyx Şamil haqqında qalmaqallı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kadırov 19-cu əsrdə Şeyx Şamilin dövründə Qafqazda çeçen əhalisinin iki dəfə azaldığını və uşaqların, qadınların və qocaların soyuqdan və aclıqdan ölməsində Qafqaz liderinin günahı olduğunu iddia edib.

O, Şeyx Şamilin Rusiyaya təslim olmasını müdafiə edib.

Kadırov, Şamilin çeçen xalqını amansız faciəyə sürüklədiyini və zadəgan titulu verilməsi üçün Rusiyaya sədaqət andı içdiyini irəli sürüb. O, Qafqaz liderinin onların yaşayış məntəqələrini yandırdığını, qocaları Rusiyaya qarşı döyüşmək üçün Qurana and içməyə məcbur etdiyini iddia edib.

Kadırov onu da bildirib ki, çeçen xalqı Şeyx Şamilə öz dini lideri kimi hörmət edir.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin