Lerik rayonunda növbəti “Açıq mikrofon” aksiyası keçirildi - FOTOLAR

21:03 - 14 Mart 2023

Lerik rayonunda növbəti “Açıq mikrofon” aksiyası keçirildi - FOTOLAR

“Səyyar qəbul otağı” Yardımlı rayonundan sonra Lerik rayonunda təşkil olunub.

 

Manset.az xəbər verir ki, aksiyada ümumilikdə 12 müraciət ünvanlanıb ki, əksəriyyəti 3 kəndin kəndin qazlaşdırılması ilə bağlı olub. Qurumdan Azadmedia.az-a verilən məlumata görə rayonun Şivlə, Noda və Aşağıbilnə kəndlərindən qatılan sakinlər mavi yanacaqla təchiz olunmaq üçün müraciət ünvanlayıblar.

Aksiyada çıxış edən Etibar Məmmədov isə fərdi yaşayış evinin önündən keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.




Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin