Tanınmış həkim Adil Qeybulla Azərbaycan Demokratiya və Rifah Partiyasından istefa verib.
Manet.az xəbər verir ki, bu barədə Adil Qeybulla sosial mediada məlumat yayıb.
Professor bildirib ki, partiya daxilində baş verən çəkişmələr və ikitirəlik, həmçinin vicdanlı üzvlərə qarşı aparılan şantaj kampaniyası onu partiyadan getməyə məcbur edib.
Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının qurucusu və sədri Qubad İbadoğludur.