Paşinyan generalı işdən çıxardı

22:14 - 14 Mart 2023

Paşinyan generalı işdən çıxardı

Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandiri Tiqran Pırvanyan Ermənistanın baş naziri Nikol Paşinyanın təklifi ilə vəzifəsindən azad edilib.

 

Manset.az xəbər verir ki, müvafiq sərəncamı ölkə prezidenti Vaaqn Xaçaturyan imzalayıb.

Rusiya və Ermənistan 2016-cı ilin noyabrında birgə qoşun qrupunun yaradılması haqqında saziş imzalayıblar.

Sənədə əsasən, qruplaşmaya birgə komandanlıq rəhbərlik edir. Ermənistan Silahlı Qüvvələrinin Ali Baş Komandanı rusiyalı həmkarı ilə razılaşaraq komandir təyin edə və onu tutduğu vəzifədən azad edə bilər.

General-leytenant Tiqran Pırvanyan 2018-ci ilin fevralından bu vəzifədədir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin