Ukrayna Milli Polisi Xarkov vilayətinin Kupyansk bölgəsində 42 yaşlı rusiyalı hərbçini yaxalayıb.
Manset.az yerli KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan mülki geyimdə olan hərbçi patrul xidməti tərəfindən saxlanılıb.
O, Rusiyanın 27-ci motoatıcı briqadasında xidmət etdiyini və Moskva vilayətində yaşadığını bildirib.
Hərbçi son altı ay ərzində Kupyanskın özündə və ətrafında tərk edilmiş evlərdə gizləndiyini deyib.