DEAŞ-a qarşı yenidən əməliyyat - 5 nəfər həbs olundu

19:42 - 14 Mart 2023

DEAŞ-a qarşı yenidən əməliyyat - 5 nəfər həbs olundu

Türkiyədə terror təşkilatı DEAŞ-a qarşı  Mersinin mərkəzində, İstanbul, Ankara və Sakaryada həyata keçirilən əməliyyatlarda 5 nəfər həbs olundu.

 

Bu barədə Manset.az Türkiyə mediasına istinadən xəbər verir.

Polis İdarəsi Terrorla Mübarizə Şöbəsindən verilən açıqlamaya görə, Mersin mərkəzli İstanbul, Ankara və Sakaryada təşkilat daxilində fəaliyyətdə olduğu təsbit edilən 5 şübhəlinin tutulması üçün eyni vaxtda əməliyyat keçirilib.  Mersin Respublika Prokurorluğunun koordinasiyasında həyata keçirilən əməliyyatda 5 şübhəli şəxs tutulub. Şübhəlilərin ünvanlarında edilən axtarışlar zamanı bazar dəyəri 1 milyon 367 min TL olan 17 min 560 ədəd ekstazi narkotik həbi, 2 min 650 qram sirr, çoxlu sayda rəqəmsal material və sənəd ələ keçirilb.

Saxlanılan şübhəlilərin polis şöbəsində əməliyyatlarının davam etdiyi bildirilib.

Jalə

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin