Füzulinin Qayıdış qəsəbəsində YANĞIN

16:32 - 14 Mart 2023

Füzulinin Qayıdış qəsəbəsində YANĞIN

Füzuli rayonunun 8 №-li Qayıdış qəsəbəsində yanğın olub.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qəsəbədə ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları 90 kvadratmetr sahədə və dam örtüyü yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az