Rusiyanın adının dəyişdirilməsi üçün kampaniya başladıldı

15:11 - 14 Mart 2023

Rusiyanın adının dəyişdirilməsi üçün kampaniya başladıldı

Bir ildən artıqdır ki, Rusiya ilə müharibə vəziyyətində olan Ukraynada Rusiyanın adının dəyişdirilməsi ilə bağlı petisiya başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kampaniya Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən də maraqla qarşılanıb. Petisiyada Rusiyanın adının dəyişdirilərək “Muskovi” adlandırılması təklif edilib. Muskovi adının mənşəyi 13-cü əsrə gedib çıxır və indiki Rusiyanın şimal-qərbindəki geniş düzənlikləri təsvir etmək üçün istifadə olunur.

Petisiya Ukraynanın Rusiyanın tarixi mənşəyinə dair rəvayətinə xələl gətirmək səylərinin bir hissəsi kimi qiymətləndirilir. Şərq slavyanlarının ilk dövləti olan Kiyev Knyazlığının rəsmi varisi kimi Rusiyanın yoxsa Ukraynanın qəbul edilməsi ilə bağlı tarixi müzakirələr davam edir.

Zelenski kampaniya ilə bağlı ilk bəyanatında məsələnin tarixi və mədəni baxımdan diqqətlə öyrənilməli olduğunu deyib:

“Ukraynanın baş nazirindən xahiş etdim ki, elmi qurumların iştirakı ilə məsələni hərtərəfli araşdırsın, sonra nəticələr barədə məni və kampaniyanın yaradıcısını məlumatlandırsın”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova kampaniya ilə bağlı bunları deyib:

“Bu, Ukraynadan “anti-Rusiya” yaratmaq cəhdinin daha bir sübutudur”.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin