Rusiyadan Taxıl Dəhlizi Sazişi ilə bağlı AÇIQLAMA

14:12 - 14 Mart 2023

Rusiyadan Taxıl Dəhlizi Sazişi ilə bağlı AÇIQLAMA

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Türkiyə, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı arasında iyulun 22-də İstanbulda imzalanan Taxıl Dəhlizi Sazişinə toxunaraq, martın 18-də başa çatacaq bu müqavilənin uzadılması ilə bağlı dünən qərar verildiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qruşko, müqavilə ilə bağlı bunları deyib:

"Müqavilə həqiqətən də uzadılıb. Razılaşmanın 60 günə qədər uzadılması razılaşdırılıb. Müqavilənin paketdə olduğu təsdiqləndi. Müqavilə eyni şərtlərlə uzadılıb”.

Qruşko sazişin gələcəkdə həyata keçirilməsinin vacibliyini vurğulayıb:

"Proses yavaş gedir. Kasıb ölkələrə pulsuz verməyə hazır olduğumuz gübrələrimiz bir çox ölkələrin limanlarında mövcuddur. Süni maneələr yaradılıb. Biz israrla çalışacağıq ki, sazişin ikinci hissəsinin icrası ilə bağlı Rusiyaya verilən bütün vədləri və öhdəlikləri yerinə yetirək. Bu, Rusiya kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlara daşınmasına dair bütün birbaşa və dolayı sanksiyaların götürülməsidir”.

Manşet.az


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin