İranda “Çərşənbə Suri” faciəsi – Çox sayda ölən var

12:48 - 14 Mart 2023

İranda “Çərşənbə Suri” faciəsi – Çox sayda ölən var

İranda qeyd olunan “Çərşənbə Suri” ənənəsinə hazırlıq zamanı bədbəxt hadisə baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran Təcili Yardım Mərkəzinin sədri Cafer Miadfer ayın əvvəlindən Təbriz, Tehran, Həmədan, Urmiya və Qəzvin şəhərlərində ilin son çərşənbə gecəsi keçiriləcək “Çərşənbə Suri” şənliklərinə hazırlıq zamanı baş verən qəzalarda 15 nəfərin öldüyünü açıqlayıb.

Qəzalarda 353 nəfərin yaralandığını qeyd edən Miadfer xəstəxanaya yerləşdirilən 49 nəfərdən 6-nın reanimasiyaya aparıldığını bildirib.

Qəzalarda 51 nəfərin əzalarını itirdiyini, 130 nəfərin bədəninin yanıq aldığını, 86 nəfərin isə gözündən yaralandığını qeyd edən İran rəsmisi ən çox insan itkisinin paytaxt Tehranda qeydə alındığını bəyan edib.

İranın bəzi bölgələrində “Çərşənbə Suri” ənənəsi illərdir qeyd olunur.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin