Sahibkarlarla növbəti görüş Biləsuvarda keçiriləcək

12:43 - 14 Mart 2023

Sahibkarlarla növbəti görüş Biləsuvarda keçiriləcək

SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Biləsuvar rayonunda görüşü təşkil olunacaq.

 

Manset.az xəbər verir ki, aksiya Biləsuvar şəhəri, Heydər Əliyev Mərkəzində baş tutacaq.

“Səyyar qəbul otağı” martın 16-sı saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin