<

Eks prezident bəyan edilməmiş hədiyyələrlə bağlı ifadə verəcək - FOTO

12:34 - 14 Mart 2023

Eks prezident bəyan edilməmiş hədiyyələrlə bağlı ifadə verəcək - FOTO

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro bəyan edilməmiş hədiyyələrlə bağlı ifadə verəcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Braziliyanın ədliyyə naziri Flavio Dino keçmiş prezident Bolsonaronun Səudiyyə Ərəbistanı səfərindən qayıdarkən aşkarlanan 3,2 milyon dollar dəyərində qızıl-zinət əşyaları ilə bağlı ifadə verməyə çağırılacağını bildirib.

Dino verdiyi açıqlamada Bolsonaronun ifadə vermək üçün çağırılacağını bildirsə də, açıqlamanın tarixi ilə bağlı məlumat paylaşmayıb.

"Keçmiş prezident ifadə vermək üçün çağırılacaq. Gəlməzsə, beynəlxalq əməkdaşlıq mexanizmlərinin işə düşəcəyi yeni bir vəziyyət yarana bilər".

Bəyan edilməmiş daş-qaşlarla bağlı araşdırmaların davam etdiyini qeyd edən Dino, "Dinlənən başqa adamlar və şahidlər də var. İstintaq dinlənilmədən tamamlana bilər, amma ümid edirik ki, gəlib ifadəsini verəcək" – deyib.

Dino istintaq çərçivəsində çoxlu fotoşəkil, video və sübutların olduğuna diqqət çəkib.

Manşet.az



Xəbər xətti

30 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin