Əhaliyə ŞAD XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO
29 Mart 2024
12:11 - 14 Mart 2023
Bakıda narkotiklərin satışı ilə məşğul 2 qardaş saxlanılıb.
Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinə Tural və Orxan adlı şəxslərin rayon ərazisində narkotiklərin satışını həyata keçirdikləri barədə məlumat daxil olub.
Keçirilən əməliyyatla həmin şəxslər – Tural Bayramlı və qardaşı Orxan tutularaq RPİ-yə gətiriliblər. Onların üzərindən və yaşadıqları evdən 2 kiloqrama yaxın metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə “Hidiş” kimi tanıdıqları İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldıqlarını bildiriblər.
Aşkar edilən faktla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Əməliyyatlar davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin