Bayden bu bölgədə neft və qaz ehtiyatının çıxarılmasını təsdiqlədi

11:12 - 14 Mart 2023

Bayden bu bölgədə neft və qaz ehtiyatının çıxarılmasını təsdiqlədi

ABŞ prezidenti Co Bayden “Willow” layihəsi adlanan Alyaskada neft və qaz hasilatı layihəsini təsdiqləyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “ConocoPhillips” neft emalı şirkətinin “Willow” layihəsi ilə bağlı 8 milyard dollarlıq təklifi səlahiyyətlilər yerli investisiya fürsəti olaraq minlərlə iş yeri yaradacağını söyləməsinə baxmayaraq, ətraf mühit fəalları tərəfindən tənqid edilmişdi. Ekoloji qruplar layihənin iqlimə və canlı təbiətə təsirinə görə dayandırılmalı olduğunu iddia etmişdilər.

Ağ Evdən edilən açıqlamada, layihənin balinalara, suitilərə, qütb ayılarına və vəhşi həyat üçün əhəmiyyətli ərazilərə zərər verməməsinin təmin edildiyi ifadə edilib və Alyaskanın nəhəng neft ehtiyatında olan 13 milyon hektar ərazidə qazma işlərinə məhdudiyyətlərin qoyulacağı bildirilib.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin