Bu ölkə həftə sonu tətilini 3 gün etməyi planlaşdırır

10:56 - 14 Mart 2023

Bu ölkə həftə sonu tətilini 3 gün etməyi planlaşdırır

Səudiyyə Ərəbistanının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi həftə sonunu üç günə qədər uzatmağı düşünür.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirlik bildirib ki, hazırda daha çox iş yerlərinin yaradılması və ölkəni həm yerli, həm də beynəlxalq investorlar üçün cəlbedici etmək üçün iş sistemi və qaydaları nəzərdən keçirilir.

Səudiyyə Ərəbistanı qəzeti vurğulayır ki, bu, həftədə iş günlərinin sayının 4-ə endirilməsinin planlar arasında olması deməkdir. Həmçinin məlumat verilib ki, yeni iş sisteminin layihəsi ictimai rəy üçün sorğu platformasına salınıb.

Digər tərəfdən Birləşmiş Ərəb Əmirlikləri mərkəzli “Gulf News”, Omanın da eyni məsələni qiymətləndirdiyini xatırladıb.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin