Türk Dövlətləri Təşkilatı ortaq struktur yaradacaq

10:48 - 14 Mart 2023

Türk Dövlətləri Təşkilatı ortaq struktur yaradacaq

Türk Dövlətləri Təşkilatı fəlakətlərdən sonra sürətli reaksiya üçün ortaq struktur yaradacaq. Bununla bağlı cümə axşamı növbədənkənar iclas keçiriləcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sammitdə üzv ölkələrin prezidentləri və dövlət başçılarının iştirakı planlaşdırılır. Sammitə bir gün qalmış bu ölkələrin xarici işlər nazirləri Ankarada görüşəcək.

Növbədənkənar iclasda həm zəlzələdən sonra həmrəylik nümayiş etdirmək, həm də belə hadisələrə qarşı ortaq struktur yaratmaq üçün atılacaq addımlar müzakirə olunacaq.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv