<

İran bu ölkə ilə sərhədinin müəyyənləşdirilməsi üçün danışıqlar aparır

10:33 - 14 Mart 2023

İran bu ölkə ilə sərhədinin müəyyənləşdirilməsi üçün danışıqlar aparır

İran və Küveytin dəniz sərhədlərini müəyyən etmək üçün danışıqlar apardığı bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iki ölkənin ümumi hüquq komissiyası İranın paytaxtı Tehranda toplaşıb.

Danışıqlar zamanı Küveyt tərəfinə xarici işlər nazirinin müavini, səfir Mənsur əl-Uteibi, İran tərəfinə isə xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini, səfir Rza Nəcəfi sədrlik edib.

İki ölkə arasında dəniz sərhədlərinin çəkilməsi məsələsinin müzakirə olunduğu görüşdə bu məsələnin beynəlxalq hüquq normaları əsasında həll edilməsinin vacibliyi vurğulanıb.

Manşet.az


Xəbər xətti

21 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin