Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
16:27 - 31 Avqust 2021
Sentyabrın 1-dən etibarən hər iki dozada vaksini olmayan müştərilər otellərə buraxılmayacaq.
Bu barədə Manset.az-a turizm sektorunun nümayəndələri məlumat verib.
Bildirilir ki, otellərə tapşırılıb ki, bununla bağlı tələblərə əməl edilsin. Əgər əvvəldən rezervasiya etmiş müştərilər varsa onlara sentyabrın 6-dək otelin xidmətlərindən istifadə etmək üçün vaxt müəyyən edilib. Bu tarixdən sonra isə bütün müştərilər yalnız hər iki doza vaksin vurdurması ilə bağlı müvafiq sənədi təqdim etməlidir.
Məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin (DTA) yaxın saatlarda açıqlama yayacağı gözlənilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin