İstanbulda həbs dalğası: Sübh çağı 161 nəfər SAXLANILDI

09:33 - 14 Mart 2023

İstanbulda həbs dalğası: Sübh çağı 161 nəfər SAXLANILDI

Türkiyənin İstanbul şəhərində genişhəcmli əməliyyat keçirilib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

O, İstanbulda başladılan “Kökünü qurutma əməliyyatı” ilə bağlı "Sübh çağı həyata keçirilən əməliyyatlarda ümumilikdə 161 nəfər saxlanılıb, axtarış işləri davam edir" - ifadələrini işlədib:

"Qəhrəmanlarımızı, 900 nəfərlik komandanı yola çıxardıq. Hədəf 175 nəfərdir. 106 nəfər hazırda həbsdədir. Səhər saatlarında 42-ci əməliyyatda 161 nəfər nəzarətə alındı.

Bunlar İstanbulda kokain paylayan qrupdur. Hətta evə çatdırılma edirlər deyə biləcəyimiz bir şəbəkədilər. Hər iki həbs dalğası 16 ay ərzində həyata keçirilib və bu səhərə qədər ümumilikdə 266 nəfər saxlanılıb. 14 nəfərin axtarışları davam etdirilir”.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin