Azərbaycanda gecə saatlarında dəhşət: Avtomobil aşdı

00:00 - 14 Mart 2023

Azərbaycanda gecə saatlarında dəhşət: Avtomobil  aşdı

Kürdəmirdə avtomobil aşıb, sürücü ağır xəsarət alıb.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Qarasaqqal kəndində qeydə alınıb.

Belə ki, sürücü, 31 yaşlı Nuriyev Adil Təvəkkül oğlu idarəetməni itirib, nəticədə avtomobil yoldan çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin