Ermənistan-Türkiyə matçına bütün biletlər satıldı

23:34 - 13 Mart 2023

Ermənistan-Türkiyə matçına bütün biletlər satıldı

2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Ermənistan - Türkiyə oyununa bütün biletlər satılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Oyun martın 25-də Vazgen Sərkisyan adına “Respublika” stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən, qonaq azarkeşlər matçda iştirak etməyəcək.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin