Ukrayna hərbi büdcəsini ARTIRIR

23:22 - 13 Mart 2023

Ukrayna hərbi büdcəsini ARTIRIR

Ukrayna hökuməti büdcə xərclərinin 537 milyard qrivna (14,68 milyard dollar) artırılmasını nəzərdə tutan təklif irəli sürüb.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmiqal məlumat verib.

O qeyd edib ki, artımın böyük hissəsi hərbi xərclərə ayrılacaq.

“Hökumət bu gün dövlət büdcəsinin xərclərinin 537 milyard qrivna artırılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Biz təhlükəsizlik və müdafiə sektoruna 518 milyard qrivnadan (14,16 milyard dollar) çox vəsaitin ayrılmasını, ehtiyat fondunun daha 19 milyard (520 milyon dollar) artırılmasını təklif edirik”, - Baş nazir özünün "Telegram" kanalında yazıb.

Şmiqalın sözlərinə görə, vəsait Qərb tərəfdaşlarının dəstəyi hesabına ayrılacaq.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin