AMEA-nın Əsasnamələri təsdiq edildi

20:48 - 13 Mart 2023

AMEA-nın Əsasnamələri təsdiq edildi

AMEA Rəyasət Heyəti aparatının şöbələrinin Əsasnamələri təsdiq edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında qəbul olunub.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclasda, həmçinin AMEA-da aparılan ekspedisiyaların müəyyənləşdirilməsi, şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə ekspedisiyaların təşkili üzrə komissiya yaradılması qərara alınıb.

Həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elmi-Metodiki Şuranın yaradılması və akademik Vahid Hacıyevin 95 illik yubileyinin qeyd edilməsi haqqında qərarlar qəbul edilib.

Sonda AMEA-nın Ümumi yığıncağına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub və tapşırıqlar verilib.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin