<

İngiltərədə etiraz aksiyası keçirildi

20:41 - 13 Mart 2023

İngiltərədə etiraz aksiyası keçirildi

İngiltərədə Birlik Günündə antimonarxistlər kral ailəsinə etiraz ediblər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Londondakı Westminster Abbey Kilsəsində "Birlik Günü" münasibəti ilə İngiltərə kralı III Çarlzın qatılacağı kilsənin qarşısına toplaşan nümayişçilər monarxiyanın ləğvi tələbi ilə etiraz ediblər.

Monarxiya əleyhinə “Respublika” təşviqat qrupunun təşkil etdiyi nümayişdə iştirak edənlər əllərində “Kral ailəsi irqçidir”, “Kral ailəsinə son”, “Kral ailəsini qov” yazılmış plakatlar qaldırıb və “Mənim kralım deyil” şüarları səsləndiriblər.

Etirazda iştirak edən “Respublika” qrupunun prezidenti Qraham Smit verdiyi müsahibədə biz hamımızın vətəndaş olduğumuz və heç kimin qanundan üstün olmadığı müasir, azad və ədalətli bir demokratiya kimi təmsil olunmalıyıq deyib.

Monarxiyanın əslində ölkənin markasına zərər verdiyini vurğulayan Smith, monarxiyanın İngiltərəni "tarixi olaraq keçmişdə" kimi göstərdiyini söyləyib.

Jalə

Manşet.az


Xəbər xətti

23 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin