"Seviliya" matçından əvvəl Jorji Jezuşdan sosial media mesajı

19:34 - 13 Mart 2023

"Fənərbağça"nın baş məşqçisi Jorji Jezuş UEFA Avropa Liqasında "Sevilya" ilə cavab matçı öncəsi sosial media hesabında paylaşım edib.

 

Bu barədə Manset.az Türkiyə mediasına istinadən xəbər verir.

"Fənərbaxça" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ikinci matçında "Sevilya" ilə oyun öncəsi işlərini davam etdirir. 
"Sevilya" matçı öncəsi başının "Fənərbaxça"da olmadığı iddiaları ilə tənqidə tuş gələn portuqaliyalı məşqçidən sosial mediada paylaşım gəlib.

Şəxsi İnstaqram hesabından "Sevilya" matçının videosunu yayımlayan təcrübəli məşqçi "Fənərbağça"nın İnstaqram hesabını da etiketləyib və "Sevilya ilə ikinci matçda şansımız olduğuna hələ də inanırıq" qeydi ilə görüntüləri paylaşıb.

Jalə

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin