Kahramanmaraşda baş verən iki böyük zəlzələdən sonra gözlənilən İstanbul zəlzələsi ilə bağlı xəbərlər gündəmə gəlib.
Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, BBC-də aparılan araşdırmada İstanbulda baş verə biləcək zəlzələdə təxminən 90 min insan itkisi proqnozlaşdırılıb.
Kahramanmaraş mərkəzli zəlzələlərin İstanbulda fövqəladə vəziyyət yaratdığını xatırladan BBC xəbərlərində meqa şəhərin Şimali Anadolu qırılma xəttində yerləşdiyi və mütəxəssislərin 2030-cu ildən əvvəl böyük bir zəlzələ olacağını proqnozlaşdırdığı bildirilib.
Jalə
Manşet.az